Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Trüdo istefa verəcəyini açıqladı
Kanadanın Baş naziri Castin Trüdo hakim Kanada Liberal Partiyasının sədri vəzifəsindən istefa verəcəyini, lakin bunu yalnız yeni Liberal lider seçildikdən sonra edəcəyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçi xalqa xüsusi müraciətində bildirib.
Bundan əlavə, baş nazir bildirib ki, o, Kanadanın general-qubernatoru Meri Saymondan milli parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib. Belə bir tədbir ona müxalifət partiyalarının yanvarın sonuna planlaşdırdıqları etimad səsverməsindən yayınmağa imkan verəcək.
Kanadanın Baş naziri Castin Trüdo Kanada Liberal Partiyasının lideri vəzifəsindən istefa verə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kanadanın "The Globe and Mail" qəzeti məlumat verib.
"Trüdo artıq bazar ertəsi (yanvarın 6-da) Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini elan edə bilər", - deyə qəzet yazıb.
Bildirilib ki, hazırda onun postunu dərhal tərk edəcəyi, yoxsa növbəti baş nazirin seçilməsini gözləyəcəyi məlum deyil.
Qəzet onu da əlavə edib ki, Castin Trüdo istefası barədə bazar ertəsi bəyan etməyə də bilər, lakin bu, çərşənbə günündən (yanvarın 8-də) gec olmayaraq baş verəcək.
"Castin Trüdo" teqi üzrə xəbərlər
- Kanadanın yeni baş naziri seçilib
- KİV: "Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir"
- ABŞ və Kanada arasında gərginlik artır: Tramp cavab tədbirlərini AÇIQLADI
- Trüdo ABŞ-nin ticarət müharibəsinə rüsumlarla cavab verdi
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək