Məşhur amerikalı müğənni, aktrisa Ketti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdonun sevgili olduqları üzə çıxıb.
Oxu.Az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.
Cütlüyün yaxtada səmimi görüntüləri onların sevgili olduqlarını nümayiş etdirib.
Belə ki, tərəflər Kaliforniyanın Santa-Barbara sahillərində Perrinin 24 metr uzunluğundakı yaxtasında qucaqlaşarkən görüntüləniblər.
Bununla belə, Perri və Trüdo sevgili olduqları barədə heç bir açıqlama verməyiblər.
