Kanadanın Saskaçevan əyalətinin La-Loş qəsəbəsində atəş açan yeniyetmə öz qardaşlarını və merin vəzifələrini icra edən şəxsin qızını öldürüb, bu barədə Associated Press məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, mer Kevin Janvye məktəbdə müəllimə işləyən 23 yaşlı qızının atışmada qurbanlardan olduğunu bildirib.
O, həmçinin cinayətkarın məktəbdə atəş açmazdan öncə evdə iki qardaşını öldürdüyünü bəyan edib.
Polis atışmanın qurbanının dörd nəfər olduğunu bildirib, Kanadanın baş naziri Castin Tryüdo isə atışma zamanı beş nəfərin öldüyünü bildirmişdi.
Ölən dördüncü şəxsin adı açıqlanmır. İki nəfər ağır yaralı xəstəxanadadırlar, onların vəziyyəti kritikdir.
Cinayətkarın adı və onun mümkün motivləri açıqlanmır.
09:40
Kanadanın Saskaçevan əyalətində məktəbdə atışma zamanı beş nəfər ölüb, iki nəfər ağır yaralanıb, bu barədə Kanadanın baş naziri Castin Tryüdon Davos İqtisadi Forumunda bəyan edib, Reuters məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hökumət başçısı faciənin səbəbini açıqlaya bilməyib.
“Aydındır ki, bu, valideynlər üçün əsl kabusdur”, - o deyib.
Tryüdonun mətbuat xidməti baş nazirin həlak olanların qohumlarına və yaxınlarına başsağlığını dərc edib. Bəyanatda həmçinin cinayətin araşdırılmasına dair operativ rejimdə informasiya aldığı da qeyd edilib.
Atışma yanvarın 22-də Kanadanın şimali-qərbində yerləşən Saskaçevan əyalətinin ucqar La-Loş qəsəbəsində baş verib.
CBC telekanalı şahidlərin sözlərinə istinadən ən azı altı-yeddi atəşin açıldığı barədə məlumat yayıb.
İlkin məlumata görə, atəşi şagirdlərdən bir açıb, o saxlanılıb.
Şübhəli şəxsin kimliyi müəyyənləşdirilir.