Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kanada parlamentinin spikeri ilk dəfə afroamerikalı oldu
Kanadanın hakim Liberal Partiyasının nümayəndəsi Qreq Ferqus İcmalar Palatasının (parlamentin aşağı palatası) 38-ci sədri seçilib.
Bu, qanunverici orqanın saytında yayımlanan səsvermənin nəticələrinə əsasən məlum olub.
O, bu vəzifədə sentyabrın 26-da Kanada parlamentində ukraynalı nasistin alqışlanması ilə bağlı qalmaqal fonunda istefa verməyə məcbur olan liberal Entoni Rotanı əvəz edəcək.
Ferqus həm də İcmalar Palatasının ilk afroamerikalı sədri olacaq.
Mənbə: TASS
"Kanada" teqi üzrə xəbərlər
Ən çox oxunanlar