Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kanada qadınlara qarşı zorakılıqla ittihamı ilə iki İran rəsmisinə sanksiya tətbiq etdi - FOTO
Kanada hökuməti “İranda qadın və qızların zorakılıqla sıxışdırılmasında iştirak etmək” ittihamı ilə iki İran rəsmisinə sanksiya tətbiq edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
“Fərda-ye Eghtesad” saytının məlumatına görə, bununla bağlı Kanadanın xarici işlər naziri bəyanat yayıb və Tehran metrosunun icraçı direktoru Məsud Dorosti və İran parlamentinin üzvü Zöhrə İlahiyanın sanksiyalar siyahısına salındığını deyib.
“Məsud Dorosti məcburi hicab qanununu ümumi nəqliyyat vasitələrində icra edir. Zöhrə İlahiyan isə “Qadın, Həyat, Azadlıq” hərəkatında tutulanlara edam cəzası istəyib”, - deyə Kanada XİN başçısının bəyanatında vurğulanıb.
"İran" teqi üzrə xəbərlər
- İran limanındakı partlayışın başvermə anının yeni videogörüntüləri yayıldı
- İranda daha bir partlayış: Ölən və yaralananlar var
- İran "Avropa üçlüyü" ilə Romada görüşə razılıq verib
- İran limandakı partlayışın təxribat olduğunu istisna etmir
- İranda yol və şəhər inkişafı nazirinin impiçment proseduru başladılıb