Kanadanın Manitoba əyalətində meşə yanğınları səbəbi ilə 17 min insanın təxliyəsinə başlanılıb.
Oxu.Az "France24"də istinadən xəbər verir ki, bu barədə əyalətin rəhbəri Vab Kinyu məlumat verib.
O qeyd edib ki, bu, əyalətin tarixində ən böyük evakuasiyadır.
"Məhz bu səbəbdən hökumətimiz əyalətdə fövqəladə vəziyyət elan edib ki, yaranmış böhrana tez reaksiya verə bilək", - deyə Manitobanın başçısı qeyd edib.
Məlumatda həmçinin qeyd olunur ki, fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar olaraq yanğının söndürülməsinə hərbçilər də cəlb edilib.