Kanadanın baş naziri Castin Tryudo Böyük Britaniyanın kraliçası II Yelizavetanı özünü yaşlı hiss etməyə məcbur edib.
Oxu.Az “Lenta”ya istinadən xəbər verir ki, bu barədə Yelizaveta özü noyabr ayının 27-də Maltada öz işinə başlayan Millətlər Birliyinin sammitində salamlama nitqində bildirib.
Öz postuna bir ay öncə seçilən 43 yaşlı Tryudo təntənəli banket zamanı, sammitdə ən gənc baş nazir olduğunu bildirib. O, II Yelizavetaya müraciət edərək, onun tez-tez Kanadaya səfər etdiyini, 1982-ci ildə Kanadanın Konstitusiyasının bir hissəsi olan Konstitusiya aktını imzaladığını xatırladıb.
Kanada hökumətinin başçısı vurğulayıb ki, britaniyalı kraliça Kanadanı bir çox kanadalılardan daha yaxşı tanıyır.
“Kanadanın baş nazirinə məni özümü belə yaşlı hiss etməyə məcbur etdiyi üçün təşəkkür edirəm”, - 89 yaşlı kraliça zarafat edib.
Sentyabrın 9-da II Yelizaveta rəsmi olaraq Böyük Britaniyanın tarixində ən uzunömürlü monarx elan olunub. O, ulu nənəsi kraliça Viktoriyanın taxt-tacda keçirdiyi 23 226 gün, 16 saat və 23 dəqiqədən ibarət rekordunu qırıb.