Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Karantində qalmaq üçün kral qəsri təklif olundu - FOTO
Rumıniyada fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, kral ailəsi karantində qalmaq məcburiyyətində olanlar üçün Peleş qəsrində 53 yer ayırmaq qərarına gəlib.
VSE42.ru-nun məlumatına görə, bunu Kral Evi özünün “Facebook” səhifəsində bildirib.
Qeyd olunur ki, təcridə ehtiyacı olanlar üçün qəsrin ərazisində hotel otaqları və villalar pulsuz təklif edilir.
Son dövrlərdə Peleş qəsrindən muzey kimi istifadə olunsa da, ziyarətçilərə 160 otaqdan yalnız 35-i nümayiş etdirilirdi.
Ən çox oxunanlar