Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kaşıkçını tikə-tikə doğrayanlara hökm oxundu - Edam olunacaqlar
Səudiyyə Ərəbistanında qəddarcasına qətlə yetirilmiş Camal Kaşıkçı cinayəti ilə bağlı məhkəmə işi yekunlaşıb. Məhkəmə cinayətlə bağlı beş nəfərə edam hökmü verib, üç nəfəri isə 24 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Son Dakika” xəbər yayımlayıb.
Qeyd edək ki, 2018-ci il oktyabrında Türkiyənin İstanbul şəhərində Səudiyyə Ərəbistanının Baş Konsulluğuna nikah məsələlərini həll etmək üçün girən səudiyyəli jurnalist Camal Kaşıkçıdan bir daha xəbər alınmamışdı. Onun Səudiyyə Ərəbistanından gələn xüsusi bir dəstə tərəfindən qəddarcasına - doğranaraq öldürüldüyü məlum olmuşdu.
Jurnalistin cəsədi uzun müddət axtarışlara baxmayaraq, tapılmayıb. Bu səbəbdən ehtimal edilir ki, onun cəsədi sulfat turşusunda yandırılıb.
BMT İnsan Haqları Ali Komissarlığı iyun ayında yayımlanan 101 səhifəlik hesabatda Səudiyyə Ərəbistanı hökumətini Camal Kaşıkçını qəsdən öldürməkdə məsul bilmişdi.
Hesabatda aralarında vəliəhd şahzadə Məhəmməd Bin Salmanın da olduğu ali səviyyəli səlahiyyətlilərin istintaqı üçün kifayət qədər etibarlı dəlillərin olduğuna işarə edilib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- BMT: "Azərbaycanda inflyasiya azalacaq"
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
Rəylər