Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kaşıkçının ölümqabağı son sözləri yayıldı
CNN İstanbulda qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Kaşıkçının son sözlərini ictimailəşdirib.
Oxu.Az-ın xəbərinə görə, telekanal bu barədə özəl mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, jurnalistin son sözləri “Nəfəs ala bilmirəm” olub.
Qeyd olunur ki, telekanalın müsahibi jurnalist üzərində işgəncələrin audioyazısını dinləyib. Mübarizə və bədənin hissələrə doğranması zamanı çıxan səsləri “öldürmək” üçün yazıya musiqi əlavə edilib.
Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib. O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib.
Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb. Noyabrın 15-də krallığın prokurorluğu qətldə şübhəli bilinən beş şəxsin edam edilməsini tələb edib.
Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir. Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir. Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.
Oxu.Az yeniləndi!
Rəylər