Kataloniya rəhbəri Karles Puçdemon region parlamentini rəsmi Madridlə danışıqlara başlamağa çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kataloniyanın TV3 telekanalı məlumat yayıb.
“Referendumun nəticələri Kataloniyanın respublika formasında müstəqil dövlət olmağı üçün xalqın mandatıdır. Ölkə parlamentini gələcəkdə rəsmi Madridlə danışıqların aparılması üçün müstəqillik deklarasiyasının qəbul edilməsini dayandırmağı təklif edirəm”, - Puçdemon bəyan edib.
S.B.
www.oxu.az