Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında bu yaxınlarda Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalaq gətirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə Parkın direktoru Azər Hüseynov deyib.
Azər Hüseynov bildirib ki, Moskva Zooparkı ilə də razılaşma əldə olunub.
Onun sözlərinə əsasən, Moskva Zooparkından Bakı Zooparkına iki dağ keçisi, bir şah ilan, bir cüt dekorativ ördək və bir cüt dekorativ qırqovul göndəriləcək.
A.Hüseynov qeyd edib ki, hazırda heyvanların Bakıya göndərilməsi üçün hazırlıq işləri görülür.
S.B.
www.oxu.az