ABŞ prezidenti Donald Tramp onun ölkəni Üçüncü dünya müharibəsinə aparması ilə bağlı ittihamlara cavab verib.
Oxu.Az-ın xəbərinə görə, Ağ Ev rəhbərinin sözlərini NBC News sitat gətirir.
“Biz düzgün yolda deyildik. Əvvəlki administrasiyalar son 25 ildə bizi ciddi problemlər qarşısında qoyublar. İndi isə biz düzgün yolu seçmişik və bu yolla da davam edəcəyik”, - Tramp deyib.
Qeyd edək ki, senator Bob Korker ABŞ prezidentinin fəaliyyətini qınayaraq bəyan edib ki, Tramp öz işinə realiti-şou kimi yanaşır.
B.Korker bildirib ki, ABŞ liderinin digər ölkələri hədələməsi Üçüncü dünya müharibəsinə səbəb ola bilər.
S.B.
www.oxu.az