2,04 milyondan çox Kataloniya sakini oktyabrın 1-də keçirilən referendumda avtonom vilayətin İspaniyanın tərkibindən çıxmasına səs verib.
Oxu.Az-ın xəbərinə görə, məlumatı bu gün regionun hökuməti yayıb.
Bütün bülletenlər sayılandan sonra məlum olub ki, seçicilərin 90,18%-i Kataloniyanın müstəqilliyini dəstəkləyib.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırıb.
S.B.
www.oxu.az