Tatarstanın paytaxtı Kazanın hava limanına eniş edən Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Aviaqəza nəticəsində təyyarənin göyərtəsində olan 50 nəfər hamısı həlak olub.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin Tatarstan üzrə nümayəndəliyi məlumat yayıb.
Qəza Moskva vaxtı ilə saat 19:25 radələrində baş verib. Təyyarə Moskvadan Kazana uçurmuş. Qəza yerində təcili yardım xidmətləri çalışırlar.
Təyyarənin göyərtəsində 50 nəfər olub (44 sərnişin və 6 ekipaj üzvü).
Aeroportun onlayn-tablosuna əsasən, Boeing 363 saylı reysi həyata keçirirmiş və “Tatarstan” aviaşirkətinə məxsus olub.
İlkin məlumatlara görə, həmin təyyarə ilə Tatarstan prezidenti Rüstəm Minnixanovun oğlu da uçurmuş. “RBK-Tatarstan”ın respublika hökumətindəki nümayəndəsi siyasətçinin təyyarə reysinə qeydiyyatdan keçdiyi və təyyarəyə əyləşdiyini təsdiqləyib.