Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Ukraynaya rəsmi səfərə yola düşüb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyevi Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.