Bu gün səhər saatlarında Kazanda Bütün dinlərin məbədində yanğın baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
İnformasiyaya əsasən, yağın məbədin dam ötrüyündə başlayıb. Yanğın söndürüləndən sonra binanın içindən naməlum kişi meyiti aşkarlanıb. Hazırda yanaraq ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Qeyd edək ki, Bütün dinlərin məbədi 1994-cü ildə heykəltəraş, rəssam, arxitektor və təbib İldar Xanov tərəfindən tikilib. Məbəddə 16 dinə, o cümlədən məhv olmuş inanclara aid elementlər öz əksini tapıb. Binada müxtəlif mədəni tədbirlər keçirilir.