Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Keçmiş kansler xəstəxanaya yerləşdirildi: Emosional tükənmə diaqnozu ilə
Almaniya Federativ Respublikasının (AFR) keçmiş kansleri Gerhard Şröder xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın DPA-ya istinadən xəbər verir ki, bu barədə G.Şröderi müalicə edən həkim məlumat verib.
Həkimin sözlərinə görə, keçmiş kansler ona qoyulmuş emosional tükənmə diaqnozu səbəbindən müalicə üçün xəstəxanaya yerləşdirilib:
"Cənab Şröder emosional tükənmə sindorumundan əziyyət çəkir. Bundan başqa, onda diqqəti bir yerə toplama, yaddaş, eləcə də yuxu pozuntusu ilə bağlı çətinliklər müşahidə olunur. Siyasətçinin səhhəti o qədər pisdir ki, həkimin məsləhəti ilə klinik müraciətə yollanıb".
Ən çox oxunanlar
Rəylər