Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kennedi sui-qəsdində illər sonra açılan sirr: Dövlətə xəyanət, yoxsa hesablaşma?
Seçki kampaniyası çərçivəsində Texasa səfər edən Con Fidcerald Kennedi çıxışını zarafat edərək açır. Həmin gün ABŞ-nin birinci xanımı Jaklin Kennedi həmişəki kimi zövqlə geyinmişdi. Çəhrayı kostyum, başında papaq, əllərində uzun əlcək var idi.
Onu görən sadə amerikalı xanımlar bir-birlərinə "Həyatda da jurnallarda olduğu kimi yaraşıqlıdır" deyirdilər. Bir neçə saat sonra isə xanım Kennedinin əlcəkləri, çəhrayı kostyumu və neylon corabları qan içində idi. Bu, həyat yoldaşı, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qanı idi. Texasa səfər arzuolunmaz idi. Bunu Kennedinin ətrafında olanlar dəfələrlə prezidentə demişdilər. Elə bu səfər zamanı da ştatda vəziyyət gərgin olaraq qalırdı. Kennedinin səfərindən bir neçə gün öncə şəhərdə vərəqələr çap edilmişdi. Üzərində Kennedinin fotosu və altda "Dövlətə xəyanətə görə axtarılır" yazısı...
O, Texası ram etməyə, seçicilərin rəğbətini qazanmağa gəlmişdi. Amma hər şey o qədər də sadə deyildi və kortec "Elm Street"dən keçərkən prezindentə atəş açılır. İlk güllə arxadan boyun hissədən girərək boğazından çıxır, sonrakı bir neçə saniyə ərzində isə Kennedinin başı hədəf alınır və güllə onun beynini havaya uçurur. Bu qorxunc hadisə hər kəsin gözü önündə baş vermişdi. Jaklinin həmin an avtomobilin arxasından uzanaraq sanki oradan uzaqlaşmaq istəməsi faciənin necə dəhşətli olmasını göstərir. Çox sonralar məlum olur ki, sən demə xanım Kennedi həyat yoldaşının başının parçalanmış hissəsini götürmək üçün özünü avtomobilin arxasına atmışdı.
Kennedinin qardaşı Baş prokuror Robert Kennedi məsələnin ciddi olduğundan xəbərsiz idi. Qardaşının ölüm xəbəri hələ ona çatmamışdı. Saat 13 radələrində isə Con Kennedinin ölümü rəsmən təsdiqləndi. İndi əsas məsələ cinayətkarı ələ keçirmək idi.
Ətraflı Baku TV-nin araşdırmasında:
"Baku TV" teqi üzrə xəbərlər
- Ukrayna hərbçiləri döyüşlərin gedişatından DANIŞDILAR
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
- Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları
- Şəhid anası: "Üç uşağını qoyub, arxasına belə baxmadan müharibəyə yollandı"
Rəylər