Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kanada Lukaşenkonun 19 yaşlı oğluna qarşı sanksiyalar tətbiq edib
Kanada Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Nikolay Lukaşenko, eləcə də ölkənin daha doqquz vətəndaşına və altı şirkətə qarşı sanksiya tətbiq edib.
Oxu.Az xəbər verir ki, "İnterfaks" bu barədə Kanada hökumətinin rəsmi saytına istinadən məlumat yayıb.
Siyahıya Dövlət Hərbi-Sənaye Komitəsinin sədrinin birinci müavini Oleq Mişenko, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveyko, Silahlı Qüvvələrin Silahlanma İdarəsinin rəisi Andrey Fedin və bir neçə hakimin adı daxil edilib.
Sanksiyaya məruz qalan şirkətlər arasında Minsk Elektrotexnika Zavodu, "Displey" konstruktor bürosu, Minsk Elmi-Tədqiqat Cihazqayırma İnstitutu, Elektron Hesablanma Maşınları üzrə Elmi-Tədqiqat İnstitutu, "Planar" ASC və "Qomselmaş" ASC-nin adları var.
Sənəddə qeyd olunub ki, bütün bu təşkilatlar və şəxslər Ukraynanın Şimal Hərbi Dairəsində istifadə olunan hərbi texnikanın istehsalı və təmirində iştirak edən Belarusun müdafiə və hərbi sənaye kompleksi ilə bağlıdır.
"Kanada" teqi üzrə xəbərlər
- Diş şaqqıltısı və güclü əzələ spazmaları: Kanadada sirli beyin xəstəliyi gəncləri öldürür
- BMT eksperti: "Buzlaqların əriməsi səbəbindən qlobal fəlakətə yaxınlaşırıq"
- Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul
- Kanadada ilk dəfə insanda quş qripi tapıldı
- Trampın ABŞ tarixində ən böyük deportasiya planı: Həbsxanalarda hazırlıq başladı, Kanadadan ÇAĞIRIŞ
Rəylər