ABŞ dövlət katibi Con Kerri Arbatda gəzintiyə çıxıb.
Oxu.Az “İzvesti”yə istinadən xəbər verir ki, siyasətçi Moskvaya səfər zamanı hədiyyələrə də baxıb.
Dövlət katibini bu gəzintidə müavini Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri Con Tefft müşayiət edib.
“Katib Kerri Arbatda gəzintidə. Bu gün katib Kerri Arbatda arzuları dinlədi. Kerri hədiyyələrə baxmaq üçün zaman ayırdı”, - Stivensin şəkillərə yazdığı rəylərdə deyilir.