Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kim Çen In “amerikalılar üçün yeni hədiyyələr” vəd edib
Növbəti ballistik raketin uğurlu buraxılışından sonra KXDR-ın rəhbəri Kim Çen In bəyan edib ki, sınaqlar haqqında xəbər onları narahat olmağa vadar edəcək, cənubi koreyalı cinayətkarlar isə daha da çox əziləcəklər.
Oxu.Az life-a istinadən xəbər verir ki, şimali Koreya liderinin sözlərini Koreyanın Mərkəzi teleqraf agentliyi sitat gətirib.
Bundan başqa o, gələcəkdə amerikalıların törətdikləri hərbi təxribatlar müqabilində daha böyük hədiyyələr alacağına ümid də bildirib.
Qeyd edək ki, may ayının 29-na keçən gecə, KXDR ay ərzində artıq üçüncü raket buraxılışını həyata keçirib. Ölkənin şimali-şərqindən Vonsan şəhərindən atılan “Skad” sinfinə aid raket 450 km qədər məsafə qət edib.
N.О.
www.oxu.az