Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş Prokurorluq intihara cəhdin araşdırılmasını xüsusi nəzarətə götürüb
Baş Prokurorluq rəhbərliyi Ağdam rayonundan məcburi köçkün Hüseynov Vilayət Barat oğlunun intihara cəhdinin araşdırılmasını xüsusi nəzarətə götürüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün Qasımov Mütalib Sarı oğlunun 1 may 2017-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciəti əsasında Ağcabədi RPŞ-nin İstintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Ağdam rayonundan məcburi köçkün, hazırda Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış Hüseynov Vilayət Barat oğlundan şübhələndiyini bildirib.
İş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, V.Hüseynov heç bir səbəb göstərmədən istintaqdan yayınıb. Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırmış, lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.
Təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra V.Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Araşdırmalarla müəyyən edilib ki, əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş və Ağdam rayon məhkəməsinin 1 fevral 2013-cü il tarixli qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan V.Hüseynov əvvəllər həmin cinayət işinin istintaqından narazı olması ilə bağlı Baş Prokurorluğa müraciət etməyib.
Göstərilən xüsusatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülərək intihara cəhdin baş vermə səbəblərinin araşdırılması barədə konkret tapşırıqlar verilib.
S.B.
www.oxu.az
"Ağcabədi" teqi üzrə xəbərlər
- Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
- Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
- Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb