Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In 40 gün ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb: STAK Şimali Koreya agentliyinin xəbər verdiyi kimi o, alimlər üçün tikilmiş yaşayış kompleksində olub. “Yaşayış binalarının və ictimai binaların rəngli keramik plitələrlə bəzədilmiş fasadlarına baxarkən çox razı qalıb”, - Yonhap bu məlumatdan sitat gətirib. Mərkəzi qəzet “Nodon sinmun”da dərc edilən fotolarda Kim Çen Inın gəzərkən qara əsaya yastılandığı görünür.
Kim Çen In sentyabr ayının 3-dən ictimaiyyət qarşısında görünmürdü, bu isə KXDR üzrə xarici ekspertlərin onu səhhətinin pisləşməsinə dair mülahizələr yürütməsinə səbəb olmuşdu. KXDR mərkəzi televiziyası sentyabrın 26-da xəbərlər buraxılışında axsayan Kim Çen Inın əks olunduğu kadrlar, diktorun “marşal, səhhətinin pisləşməsinə baxmayaraq, xalqa rəhbərlik yolunda atəş kimi irəliləyir” kimi sözləri müşayiət edib.
Amma daha sonra Cənubi Koreyanın birlik məsələləri üzrə naziri Ryu Qil Çje Kim Çen Inın səhhəti ilə əlaqədar xəbərləri təkzib edib, Oxu.Az TASS-a istinadən xəbər verir. “Mən Şimali Koreya liderinin sağlığı barədə soruşdum, mənə onun sağlıqla heç bir problemi olmadığını söylədilər”, - o, bunu oktyabr ayının 5-də KXDR nümayəndə heyəti ilə İnçhonda baş tutan görüşündən sonra bəyan edib.