Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kim Çen In Sinqapurdadır
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək üçün Sinqapura gedib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan öz “Twitter” hesabında yazıb.
“Biz elə indi Sinqapura çatan Kim Çen Inı qarşılayırıq”.
ABŞ prezidenti Donald Trampın təyyarəsinin isə gün ərzində Sinqapura çatması gözlənilir.
Qeyd edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasındakı “Capella” otelində baş tutacaq.
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər