KXDR beşinci nüvə sınağını keçirməyə hazırlaşır.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətindən bildiriblər.
Rəsmi Pxenyan 2006, 2009 və 2013-cü illərdə nüvə sınağı keçirib. Bununla əlaqədar BMT, eləcə də ABŞ, Yaponiya və Cənubi Koreya ikitərəfli əsasda KXDR qarşı sansksiyalar tətbiq edib.
Pxenyanda hesab edirlər ki, bu sansksiyalar “effektsizdir” və ölkənin iqtisadiyyatı özünü təmin edə bilir.
Sonuncu dördüncü nüvə sınağını KXDR bu ilin yanvarın 6-da həyata keçirib.
Bu gün səhər isə Şimali Koreya şimal-qərbdəki kosmodromdan raket buraxılışı həyata keçirib.