“Faciə yerini narahat etmək olmaz”.
Məşhur rusiyalı müğənni Filipp Kirkorov “Titanik”ə baxmağa gedən “Titan” batiskafının itməsi barədə fikrini bildirib.
O bu barədə öz “Telegram” kanalında paylaşım edib.
“Olmaz dostlar, bu cür “oyun oynamaq” olmaz. Ağrı, faciə və çarəsizliyə şahid olan faciə yerini narahat etmək olmaz”, - deyə o qeyd edib.
Filipp Kirkorov baş verənləri mediadan öyrəndiyini və baş verənlərin təsadüf olmadığını vurğulayıb.
O, həmçinin həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verib və “Titanik” gəmisinin faciəsinə xüsusi diqqətlə yanaşmağa çağırıb.
Xatırladaq ki, “Titanik”i görmək istəyən turistlərin olduğu “Titan” sualtı aparatı iyunun 18-də yoxa çıxıb. Sonradan məlum olub ki, sualtı aparatda olan bütün insanlar həlak olublar.
Mənbə: MK.ru
Rəylər