Eyni anda iki stulda oturmaq olmaz.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə tanınmış rusiyalı jurnalist Dmitri Kiselyov Ermənistanın paytaxtında ictimaiyyətə xatırladıb.
“Əgər Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanısa bu Ermənistanın maraqlarına qarşı yeni fəaliyyətin başlaması mənasına gələcək” - bunu “Rusiya bu gün” beynəlxalq agentliyinin direktoru Dmitri Kiselyov İrəvanda ictimaiyyətlə görüşündə deyib.
O, Ermənistanın da Dağlıq Qarabağın tanınmasında tələsməməli olduğunu vurğulayıb.
“Çünki bu hərbi əməliyyatların yenidən bərpasına gətirəcək. Müharibə həmişə sülhdən daha pisdir. Biz burda Qarabağdan danışdığımız vaxtda dünyada elə bir proseslər baş verə bilər ki, Qarabağ heç kimə maraqlı olmaya da bilər”.
Rusiyalı jurnalist Ermənistanın başqa təhlükələri də olduğunu deyib.
“Bu Ermənistanın həyatından Rusiya mədəniyyəti və dilinin getməsidir”.
O, Ermənistan prezidenti Serj Sarkisyanın bir sistemə iqtisadi inteqrasiya etmək, təhlükəsizliyi isə başqasında axtarmaq olmaz sözlərini xatırladıb.
Kiselyov qeyd edib ki, mədəni sahədə bir istiqamətə inteqrasiya edib, təhlükəsizliyi əks istiqamətdə axtarmaq mümkün deyil.
İnformasiya agentliyinin icraçı direktorunun sözlərinə görə, İrəvanda praktiki olaraq artıq rus dili və məktəbləri yoxdur. Bu isə öz növbəsində rus mədəniyyətinin gedəcəyi mənasına gəlir. Rusiya ilə əlaqələr də bununla birgə gedə bilər.