İyunun 14-ü Bakıda “Back in USSR” adlı retro-gecə təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, “retro-party” Jumeirah Bilgah Beach Hotel-in “Equinox Beach Club”da baş tutacaq.
Bu gecə sizi “köhnə sovet illəri”nə geri qaytaracaq. Retro-gecədə ötən illərin hit musiqiləri səsləndiriləcək. Tədbiri tanınmış dj-lər – China, Razy Freeman, Aligee idarə edəcək. Gecənin iştirakçıları pioner geyimində olacaq.
Aytən Sadıqzadə
www.oxu.az