Kişinyovun “Odeon” kinoteatrında “erməni soyqırımı”na həsr olunmuş “Şram” filminin nümayişi ləğv olunub.
Bu barədə Oxu.Az İnterfaks-a istinadla xəbər verir.
“Nümayişdən bir neçə dəqiqə əvvəl elan olundu ki, arzuolunmaz gərginliyə yol verməmək üçün film nümayiş olunmayacaq”, - Moldovada erməni icmasının fəallarından biri Stanislav Vartanyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, filmin nümayişi çərşənbə günü axşama təyin olunmuşdu. “Odeon” kinoteatrı Moldovanın Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir.