Moldovada etiraz aksiyaları yenidən başlayıb. Sağ müxalifət – DA platforması bazar ertəsi hökumət əleyhinə etiraz aksiyalarını davam etməyi planlaşdırırdı, amma Böyük Milli Məclisin meydanı səhərdən boşdur.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
DA-nın fəalı Kirill Motspan qeyd edib ki, etirazlar Pasxa bayramlarından sonra davam edəcək.
“Bundan sonra nə ediləcəyi barədə ümumi qərar, Pasxa bayramlarından sonra Milli Şurada qəbul ediləcək”, - Motspan bildirib.
O, həmçinin vətəndaşları bazar ertəsi səhər saat 7-də meydana gəlməyə çağırıb, təbii əgər “arzu edənlər olarsa”.
Bazar günü DA aksiyası fərqli qiymətləndirmələrə görə, 5 mindən 7 minə qədər adam toplayıb. Təşkilatçılar mitinqə gələnlərin on min olduğunu iddia edirlər. Günün ikinci yarısında aksiya iştiriakçıları ilə polis arasında qarşıdurma olub.