ABŞ rəsmiləri Vaşinqton və Tehran arasında razılaşmaya əsasən, 100-ə yaxın iranlını ölkələrinə deportasiya ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, deportasiya edilən iranlılardan bəzisi deportasiya zamanı bir neçə ay immiqrasiya təcridxanalarında saxlanaraq könüllü olaraq ABŞ-ni tərk edib. İrana qayıdanların böyük əksəriyyəti sığınacaqla təmin olunmayıb, bəzilərinə isə immiqrasiya statusu ilə bağlı məhkəmə qərarı verilməyib.
Qəzetin mənbələri iddia edirlər ki, deportasiya olunanları daşıyan təyyarə sentyabrın 29-da ABŞ-ni tərk edib. Prosesi İran Xarici İşlər Nazirliyi koordinasiya edib. ABŞ-ni tərk edən iranlılara sakit qayıdış və heç bir problem və ya nəticələrin olmayacağı vəd edilib.