ABŞ-yə ixrac edilən çəkisi 1 kq olan qızıl külçələrə qarşı yeni rüsumlar tətbiq edilib.
Oxu.Az bu barədə "Financial Times" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, bu, dünyanın ən böyük qızıl emalı mərkəzi sayılan İsveçrəyə zərbə ola bilər.
Məlumata görə, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin 31 iyul tarixli əmrinə əsasən, ölkəyə ixrac üçün nəzərdə tutulan çəkisi 1 kq və 100 unsiya olan qızıl külçələrinə qarşı gömrük rüsumları tətbiq edilməlidir.
Nəşr xatırladır ki, 1 kq külçələr dünyanın ən böyük qızıl füçers bazarı olan "Comex"də ən çox yayılmış ticarət formasıdır.