Avropa ölkələri münaqişənin bitməsindən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə öz təkliflərini hazırlayıb və ABŞ-dan dəstək gözləyirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Fransa hökumətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 4-də Parisdə "İstəklilər koalisiyası"nın üzvlərinin görüşü planlaşdırılıb və orada Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.
Görüşdə Fransa, Böyük Britaniya və Almaniya liderləri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.