Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

KİV: Hindistanın cənubunda iki qatar toqquşub
Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında sərnişin qatarı relsdən çıxıb.
Bu barədə dəmir yolu şəbəkəsinin nümayəndəsi məlumat yayıb.
Verilən məlumata görə, sürətli qatarın relsdə dayanan qatarla toqquşması nəticəsində azı üç nəfər həlak olub.
Digər hökumət rəsmilərinə istinadən yayılan xəbərə görə, ölənlərin sayı 10-a çatıb, təxminən 25 nəfər xəsarət alıb.
Məlumata görə, qatar Andhra Pradeş ştatının Vizaq şəhərindən Rayaqaduya yola çıxıb və üst kabelin qırılması səbəbindən dayanıb. Bu zaman sürətli qatar ona çırpılıb.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.
Mənbə: ТАSS
"Hindistan" teqi üzrə xəbərlər
- Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"
- Hindistanın Baş naziri Narendra Modi Zelenskiyə müraciət edib
- Hindistanda şirlər adam ovuna çıxıblar: İki həftədə üç nəfər parçalandı
- Ararat Mirzoyan: "Ermənistan Hindistan silahlarını almaqda maraqlıdır"
- "Air India" təyyarəsi Azərbaycan üzərindən uçan zaman təcili şəkildə geri qayıtdı
Ən çox oxunanlar