Böyük Britaniya Müdafiə Nazirliyi Livan sahilləri yaxınlığında hərbi gəminin atəşə tutulması ilə bağlı yayılan məlumatları təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə PA agentliyinə hərbi qurumdakı mənbə bildirib.
Onun sözlərinə görə, "Hizbullah" qüvvələrinin səhvən "HMS Dragon" gəmisini atəşə tutaraq zədələdiyi barədə iddialar həqiqətə uyğun deyil.
Böyük Britaniyaya məxsus hərbi gəmi Şərqi Aralıq dənizi akvatoriyasında Livan ərazisindən atəşə tutulub.
Oxu.Az xəbər verir ki, məlumatı İsrailin TV 14 kanalı yayıb.
Hücumun "Hizbullah" təşkilatı tərəfindən həyata keçirildiyi iddia olunur.
Məlumata görə, gəmi raketlə vurulub. Bildirilir ki, Livan sahillərindən təxminən 70 dəniz mili məsafədə yerləşən gəmi səhvən İsrail gəmisi kimi qəbul edilib və bu səbəbdən atəşə tutulub.