Livanın "Hizbullah" hərəkatı iyul ayında Beyrutda təşkilatın hərbi qanadının komandiri Fuad Şokrun məhvinə görə İsrailə yaxın günlərdə cavab zərbəsi endirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Kan Radiosunun məlumatına görə isə "Hizbullah" cavab vermək niyyətindən əl çəkməyib və bu, Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti raundunun gedişindən asılı olmayaraq, hər an baş verə bilər.
Rəylər