İspaniyanın Aralıq dənizi sahilində Ukrayna prezidenti Petr Poroşenkonun şirkətlərindən birinə məxsus və deklarasiyada göstərilməyən bahalı villa aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu və “UA: Birinci” kanalın müştərək layihəsi olan “Sxem” proqramının jurnalistləri məlumat yayıb.
Məlumata görə, Marbel kurort şəhərinin qərbində yerləşən villa Poroşenkonun adına deyil, “Feruvita SL” şirkətinin adına qeydiyyadan keçirilib. Şirkət bu villanı 2008-ci ildə alıb, maliyyə sənədlərində əmlakın qiyməti 4 milyon avrodur.
1254 kvadratmetr ərazisi olan ikimərtəbəli villa 1993-cü ildə tikilib. Tikilinin yerləşdiyi 0,26 h torpaq sahəsində hovuz da var.
N.O.
www.oxu.az