Moskvadakı kafelərdən birində baş verən partlayış zamanı 12 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Moskva meri Sergey Sobyaninin “Тwitter” hesabında yayımlanıb.
“Partlayış qaz sızması səbəbindən baş verib. 12 nəfər xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur”, - məlumatda bildirilib.
В кафе на Авиационной улице произошел взрыв бытового газа. Пострадали 12 человек, их жизни ничего не угрожает. На месте происшествия работают бригады скорой помощи и санитарные вертолеты. Пострадавшие госпитализированы в ожоговые центры Москвы и получают всю необходимую помощь.
— Сергей Собянин (@MosSobyanin) July 16, 2018
“Komsomolskaya pravda” nəşrinin verdiyi məlumata görə, hadisə yerində olan polislər xəsarət alanların Azərbaycan və Tacikistan vətəndaşları olduğunu açıqlayıblar.