NATO Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq bu ölkədən geri çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" İraqdakı mənbələrinə istinadən məlumat yayıb.
"Bu, müvəqqəti geriçəkilmədir. Onlar mövcud vəziyyətdən narahatdırlar", - deyə agentliyi məlumatlandıran mənbə bildirib.
Başqa bir mənbə isə NATO missiyasının İraqdan tam şəkildə geri çəkildiyini təsdiqləyib.
Öz növbəsində, NATO-nun rəsmi nümayəndəsi agentliyə bildirib ki, alyansın İraqdakı missiyası yenidən qruplaşdırılıb. Bu missiya qeyri-döyüş xarakteri daşıyır və İraq silahlı qüvvələri üçün zabit və mütəxəssislərin hazırlanmasına yönəldilib.