Ermənistan prezidenti Armen Sarkisyan, güman ki, konstitusiyanın tələblərinə uyğun olaraq 7 il bu postda qala bilməyəcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Past” qəzeti məlumat yayıb.
“Bizdə olan məlumata görə, baş nazir Nikol Paşinyan bu posta da öz adamını qoymaq istəyir. Paşinyan heç vaxt Serj Sarkisyan tərəfindən namizədliyi irəli sürülmüş şəxsin prezident olması ilə barışmayacaq”, - nəşr bildirib.
Qəzetin istinad verdiyi mənbənin sözlərinə görə, hazırda Armen Sarkisyanın növbədənkənar parlament seçkilərindən sonra istefası və növbəti prezidentin yeni parlament tərəfindən seçilməsi üçün danışıqlar gedir.
Ə.Ş.
www.oxu.az