ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İrana dair Vaşinqtonun gələcək addımlarına həsr olunmuş müşavirə keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, görüş ABŞ liderinin Virciniya ştatındakı qolf klubunda baş tutub. İclasda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və ABŞ administrasiyası rəhbərinin xüsusi elçisi Stiv Uitkoff da daxil olmaqla bir sıra rəsmilər iştirak ediblər. Ağ ev rəhbərinin həftə ərzində milli təhlükəsizlik komandasının nümayəndələri ilə bu məsələyə dair yenidən görüşəcəyi gözlənilir.
Telekanal qeyd edir ki, Trampın İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə, Pentaqon İrana zərbələr endirmək üçün bir neçə plan hazırlayıb. CNN-in yazdığına görə, hədəflər siyahısına İranın energetika və infrastruktur obyektləri daxildir.