ABŞ, Misir, Qətər və ehtimal ki, Türkiyə bazar ertəsi, oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək Sülh Sammitində Qəzza zolağında münaqişənin dayandırılmasına dair razılaşmaya zəmanət verən sənəd imzalayacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Sammitdə 20-dən çox ölkənin liderləri iştirak edəcəklər. Tədbirə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və ABŞ Prezidenti Donald Tramp həmsədrlik edəcək.
Agentliyin məlumatına görə, ABŞ, Misir, Qətər və çox güman ki, Türkiyə sazişin təminatçısı qismində çıxış edəcək.