Şanxayda Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) "Masters" turnirinin finalından sonra keçirilən mükafatlandırma mərasimi zamanı fransalı tennisçi Artur Rinderkneş kəskin qıcolma keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə Rinderkneşin yaxın qohumu və turnirin qalibi Valentin Vaşronun çıxışı zamanı baş verib.
Rinderkneş qəfil əyilib və yerə yıxılıb. Fizioterapevtlər dərhal ona ilkin tibbi yardım göstəriblər.
Qeyd edək ki, 30 yaşlı Rinderkneş dünya reytinqində 54-cü yerdədir. Fransız hələ ATP turnirinin qalibi olmayıb. O, heç vaxt Böyük Dəbilqə turnirinin üçüncü raundundan yuxarı çıxa bilməyib.