Böyük Dəbilqə seriyasından olan "US Open - 2026" (ABŞ Açıq Çempionatı) turnirinin mükafat fondu rekord həddə çataraq 108 milyon dollar təşkil edəcək.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, kişilər və qadınlar arasında fərdi yarışların qaliblərinin hər biri 5.5 milyon dollar qazanacaq.
Cütlüklər arasında keçirilən yarışlarda isə (kişilər, qadınlar və qarışıq cütlüklər) qalib komandaya bir milyon dollar mükafat veriləcək.
"US Open"də əvvəlki mükafat fondu rekordu 2025-ci ildə qeydə alınıb. Həmin il turnirin ümumi mükafat fondu 90 milyon dollar təşkil edib.
ABŞ Açıq Çempionatı 2026-cı ilin sonuncu Böyük Dəbilqə turniri olacaq. Yarış avqustun 23-dən sentyabrın 13-dək Nyu-Yorkda keçiriləcək.