Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək "Böyük Dəbilqə" turnirində rəqibləri müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq.
Sentyabrın 11-dən 13-dək keçiriləcək "Böyük Dəbilqə"də təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da start götürəcək.
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva - Mariya Sequnda (Anqola)
52 kq, 1/16 final
Aydan Vəliyeva - Andrea Stoyadinov (Serbiya)
70 kq, 1/16 final
Südabə Ağayeva - Tais Pina (Portuqaliya)
+78 kq, 1/16 final
Madina Kaisinova - Qabriyel Buvye (Belçika)
Kişilər
60 kq, 1/32 final
Babarəhim Mirzəyev - Nuradil Aljan (Qazaxıstan)
60 kq, 1/16 final
Murad Muradlı - Vahe Ağasyan (Ermənistan)
66 kq, 1/16 final
Rəşad Yelkiyev - Mohammad Xoşbin (IRT)
Nizami İmranov - Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə
73 kq, 1/32 final
Kamran Süleymanov - Natan Kadinyan (Fransa)
Rəşid Məmmədəliyev - Orlando Kazorla (Fransa)
81 kq, 1/32 final
Hidayət Heydərov - Benedek Tot (Macarıstan)
Vüsal Qələndərzadə - Odisseas Georqakis (Kipr)
90 kq, 1/16 final
Vüqar Talıbov - Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə
100 kq, 1/16 final
Əjdər Bağırov - Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə
+100 kq, 1/16 final
Camal Qamzatxanov - İqor Vraçar (Serbiya)
Kənan Nəsibov - Artyom Zolotuxin (Rusiya).