İtaliyalı tennisçi Matteo Berrettini mətbuat konfransında "Rolan Qarros" turniri zamanı ailəsinə daxil olan təhdidlər barədə danışıb.
Oxu.Az bu barədə "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir.
İdmançının sözlərinə görə, qardaşının telefonuna Berrettini oyunda məğlub olmadığı təqdirdə ölüm təhdidləri olan mesajlar gəlib.
"Mən oyunda qalib gəldim və onlar yazdılar: "Matteo o qədər zəifdir ki, əgər onun məğlub olmasını təmin etməsən, ailəni öldürəcəyik", - deyə tennisçi bildirib.
O vurğulayıb ki, özü və yaxınları mesaj göndərənlərin nömrələri ilə birlikdə bütün yazışmaları hüquq-mühafizə orqanlarına təqdim ediblər.
Berrettininin sözlərinə görə, təkcə dünya tennisinin elitası deyil, ümumiyyətlə oyunçular tez-tez belə xoşagəlməz hallarla qarşılaşırlar.