Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

KİV: Suriyada 3 Rusiya hərbçisi öldürülüb - YENİLƏNİB
Rusiyanın Dəməşqdəki səfirliyi Suriyada rusiyalıların öldürülməsi xəbərini təkzib edir.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “TASS”a səfirlikdən bildirilib.
“Reuters-in Suriyada guya “üç rusiyalının həlak olması” və ya “üç rusiyalı hərbçinin öldürülməsi” barədə heç bir məlumat yoxdur. Bu xəbərlər böyük ehtimalla növbəti dezinformasiyadır”, deyə səfirlikdən bildirib.
Səfirlikdə qeyd ediblər ki, bu məlumatların mənbəyi London insan haqları üzrə monitorinq mərkəzindən qaynaqlanır. Bu qurum isə, öz növbəsində, bu xəbəri naməlum mənbələrə istinadən yayıb.
20:55
Suriyanın paytaxtı Dəməşq şəhərində üç Rusiya hərbçisi öldürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən, zərbələr Suriya ordusunun Latakiya əyalətində yerləşən mövqelərinə endirilib. Zərbələr zamanı daha bir neçə nəfərin yaralanıb.
Öldürülən rusiyalıların Suriya hökümət qoşunları tərəfində döyüşdükləri bildirilir.
Rusiya Müdafiə nazirliyi Reutersin xəbərinə heç bir şərh verməyib.
Suriya hökümətindəki mənbə bildirib ki, Latakiyadakı Nəbi Yunus postuna hücum zamanı 20-yə yaxın Rusiya hərbiçisi həmin postu qoruyurdu.
“Ehtimal edilir ki, zərbələr müxalifət silahlıları tərəfindən endirilib”, - mənbə qeyd edib.