Ukraynanın paytaxtı Kiyevdə "Bessarabski" bazarında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə Ukrayna fövqəladə hallar xidmətinin 7 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib.
İnsident nəticəsində zərərçəkən olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
S.S.
www.oxu.az