Kiyev Moskva ilə diplomatik və iqtisadi münasibətlərə son qoymayacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın XİN başçısı Pavel Klimkin bəyan edib.
“Diplomatik münasibətlərə son qoyulacağı halda danışıqlar yalnız vasitəçilər tərəfindən aparılacaq. Şübhə edirəm ki, “bizim haqqımızda” məsələnin “bizsiz” həll olunması yaxşı yol ola bilər”, - deyə o bildirib.
Klimkinin sözlərinəg görə, Kiyev və Moskva arasında diplomatik münasibətlər dayandırılarsa, Minsk razılşamlarının uğursuzluqla nəticələnməsi təhlükəsi ola bilər. Bununla yanaşı, ölkələr ərazilərində bir-birinə məxsus konsulluq idarələrini bağlayacaqlar.
“O zaman bizim Rusiyada olan milyonlarla vətəndaşımıza kim kömək edəcək?”, - nazir qeyd edib.